ele oyretmisen ozune meni
Elə öyrətmisən özünə məni
Sənsiz bu dünyanı qara görürəm
Elə öyrətmisən özünə məni
Səninlə özüməm mənə dönürəm
Sən ayrı yerdəsən mən ayrı yerdə
İndi yoxluğuna dözmür urək də
Elə öyrətmisən özünə məni
Sənsiz bu həyat olmur gərək də
O, sevən urəyi daş eyləmisən
Bu qədər gözlədim sən dönməmisən
Elə öyrətmisən özünə məni
Sənsiz ağlamışam sən bilməmisən
Elə öyrətmisən özünə məni
Xəyalın dünyamı yalan eyləyib
Ürək bildirmədən çəkib qəmini
Ancaq sevincini sənə söyləyib
Elə öyrətmisən özünə məni
Sevən bir qəlbə sənsiz çətindi
Bil vuran urəyi bu divanənin
Tək sənin tək sənin təkcə sənindi

Şərhlər (1)