Qayit
Çökdü gözlərinin rəngi ömrümə
Gözlərində itən gözümlə qayıt
Bu payız nəfəsli soyuq günümə
Məndən apardığın dözümlə qayıt
Sənə gülüm deyirdim baharım yoxdu
Bu gənclik bağından nübarım yoxdu
Günəşlə açılan sabahım yoxdu
Tapa bilmədiyim ozumlə qayıt
Sözlərim itirib öz mənasını
İtirib cümlədə öz sırasını
Qəlbimə vurduğun söz yarasını
Sağalda biləcək sözünlə qayıt
Bu həyat elə bil alovdu yanıb
Bu dəli könlümü oyuncaq sanıb
Hələ də yanaşı oduncaq qalıb
Alışa biləcək közünlə qayıt

Şərhlər (0)
Bu şeirimi şərh etməmişlər. İlk fikrinizi siz paylaşın.