***
Bu ahımı qiymamışdım o dağlara
Hər kim bildi qıyıb çəkdi dara məni
Əzəlindən xətalıdır bu qismətim
Bilməmişdi o da rəva yara məni
Qınaqlardan qorxub əhdi dana bildi
Yandı ürək bu ayrılıq xəbərindən
Düşündükcə günahkaram sana bildi
Bəxtim kimi o gözləri qara məni
Divanədə tükənir can, ədasından!
Şikayətim ürəyinin vəfasından!
Bir əlacım, ölməyimdir cəfasından!
Sənsiz canım gətiribdir zara məni

Şərhlər (0)
Bu şeirimi şərh etməmişlər. İlk fikrinizi siz paylaşın.