***
Sanırdım oduna qızınacağam
Od olub köksümə dolan gününnən
Omür gizlətmədim sipər qurmadım
Qurtula bilmədim özüm özünnən
Tarixi dayandı əcəli gəldi
Bu fani köçəri səadətimin
Vallah qatil oldu öz əli gəldi
İnanıb sevdiyim məhəbbətimin
Bu ömrün sən adlı bəxşişi batsın
Süzülür gözümün qəm kölgəsinnən
Nəyi yazacağam sənə bilmirəm
Qəlbimin viranə bu ölkəsinnən
Divanə pərişan, qələm də sükut
Get artıq özgələr qəlbini ovut
Daha ilqarına necə inanım?!
Unut gözəlim sən məni unut?

Şərhlər (0)
Bu şeirimi şərh etməmişlər. İlk fikrinizi siz paylaşın.