Qələmim
Ey ilham pərisi tale yazısı
Hər sətri səninlə başlar qələmim
Qanayar könlümdə bir eşq yarası
Dözməyib fəryada ağlar qələmim
Təsvirin qurulmaz qələm yorulmaz
Yazdım bu eşqimi bil ki, pozulmaz
Mən sənsiz olanda, olub həmdəmim
Bir dəli dəniztək çağlar qələmim
Yazar bu eşqin qəmgin halından
Yalnızlıq dostumdur yazmaq sənətim
O, bir daş ürəkli qəddar zalımdan
Yaradar xaruqə yazar qələmim
Olmazsan kağızlar ağlar əlindən
Bir namə gözləyər sənin dilindən
Hesrətin tükənməz qəm kədərindən
Hər gecə qaralar bağlar qələmim
Ürək söz dənizi o kiçik qayıq
Yatmaz keşiyində hər zaman ayıq
Çəkər qəm yükünü o fağır yazıq
Yaşayar gör necə hallar qələmim

Şərhlər (0)
Bu şeirimi şərh etməmişlər. İlk fikrinizi siz paylaşın.