Saytda axtar

SİZƏ BU SƏTİRLƏR DİVANƏDƏNDİR...

image

Salam Hörmətli oxucu!

Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur
Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz. Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır.
Hörmətlə: Divanə

Xəbər al indi

ÇAP ET İRADINI BİLDİR

Günəşim!... Şövqünə bələnmirəm ki,
Sökülməz danımı xəbər al indi.
Eşqimin ürəktək qalası vardı,
Sən bir sol yanımı xəbər al indi.
 

Söylə, nə istəyir etsin o könlün,
Daha cavanlığa rəhmim qalmadı.
Ayına, gününə doymazdım ömrün,
Keçməyən anımı xəbər al indi.

Səni car eylədi könül ellərə,
Ətirli çiçəyə, qönçə güllərə.
Mən eşqi yazdıqca düşdüm dillərə,
Sözlərdən şanımı xəbər al indi.

Fikrindən bir məzlum mən ötüşərsə,
Xatirəm qəlbində qəm bölüşərsə,
Biz gedən yerlərə yolun duşərsə,
Bu xəstə canımı xəbər al indi.

Divanə qəlbitək kölən oldumu?
Varikən yox olub, ölən oldumu?
Amansız qətlini görən oldumu?
Tökülən qanımı xəbər al indi.

Şərhlər (3)

image
Cesmi 12 fevral 2014 22:38
Fikrind?n bir m?zlum m?n ?t???rs? Xatir?m q?lbind? q?m b?l???rs? Biz ged?n yerlerden yolun du??rs? Bu x?st? can?m? x?b?r al indi eh...
image
bahar aqayeva 29 yanvar 2014 21:01

?ll?rinize ve sevgi ile dolu qelbiniz? sa?l?qlar dileyirem Allahdan.?eirleriniz cox goz?ldir,her zaman severek oxuyuram.

Yeni ?eirlerinizi oxumaq arzusu ile...
image
Haci 24 iyul 2012 14:03
sevgi
Şərh yaz

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent