*** *** ***
Arzulu gözümdən, düşdün yollara,
Dilimdə bir kəlmə sözün qalmadı.
Gözünü, könlünü
Bükdün hicrana...
Dözüm qalmadı.
Qırıldı sonuncu bəndi qəlbimin,
Dünyanın qoynunda qərq oldumki, sən,
Güləsən.
Daim Güləsən...
Həyatın gözünə bir ovuc torpaq,
Ümidin sonuncu mənzili oldun.
Könlümə...
Bir zindan kimi baxıram indi.
Zənciri oldun,
Dəmir qapıların,
Gizli yazıların,
Nakam arzuların.
Ağlayan payızın izində qaldım,
Hər gələn baharın düzündə qaldım.
Hər nəfəs öldürdü məni,
SƏNSİZ...
Gəl deyən taqətin cəlladı oldum,
Aləmdə yeriyən bir məni gömdüm.
Oldum viranə,
Sağlığım öldü...
Oldum Divanə.

Şərhlər (0)
Bu şeirimi şərh etməmişlər. İlk fikrinizi siz paylaşın.