Bu qədər sevdim səni
Qış oldu, əlini soyuqdan aldım,
Yağdı yağış.
Könlünü kimsəsiz oyuqdan aldım,
Dondu baxış...
Gözünü yollardan aldım,
Hardasa bir yerdə ilişib qalan,
Sonlardan aldım.
Yığıb ürəyimin xatirəsinə,
Səni gözəl andım Sevgilim…
Bahar bildim gülüşünün səsini,
Ömür bildim ah çəkdiyin hər qəmli nəfəsini,
Bu qədər sevdim səni...
Özümdən bir aləm düzəltdim ki, sən,
Ocağın köz kimi qızdığını gör.
Səni bu aləmdə qismətin əli,
Bir dəli sevgiyə yazdığını gör.
Ömrün illərini biz bircə-bircə,
Yandırıb oduna qızındıq sənlə.
Sabahı bu günlə yaşayıb getdik,
Bu şirin dəmlə.
Bir ovuc gülüşlə yudu üzünü,
Dəli ürəyimdə yatan arzular,
Sənə çatan arzular.
Bu qədər sevdim səni...
Fikrimi yol edib sərdim dünyaya,
Yolların arzumdan, özümdən keçdi.
Könlümün içində nələr yaşadım,
Hər ötən anımız dözümdən keçdi.
İnada inad!
Xəyalın özündən yaratdım səni,
Aylı gecələrdə danışa bildik,
Bir mən varın idim, bir də xəyal, sən,
Küsülü günlərdə barışa bildik,
Xəyal ilə mən,
Ümid ilə sən,
Bu qədər sevdim səni…
Yarandıq həyatın ağrılarından,
Köçüb ürəyimdən boylana, baxa.
Qurtulduq amansız doğrularından,
Sənə bir torpaq oldum, birdəki, səma.
Yaşaya bilmədin, bilmədin amma,
Divanə eşqinin köləsi oldu,
Gün deyil, ay deyil, biləsən gülüm,
Sevdalar ölkəsi oldu...
Bu qədər sevdim səni…

Şərhlər (3)