Saytda axtar

SİZƏ BU SƏTİRLƏR DİVANƏDƏNDİR...

image

Salam Hörmətli oxucu!

Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur
Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz. Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır.
Hörmətlə: Divanə

Qaytar

ÇAP ET İRADINI BİLDİR

Gedirsən?
Məni ilk gördüyün o yerə qaytar,
Hə, elə lap qəmin ortasına, 
Gözümdəki selə qaytar.
Qoy boş olsun solum, sağım,
Xəzan olsun arzularım,
Ömür bağım.
Yadındamı, sənə giley-güzar danışdığım
Ahu-zarlı dilə qaytar.
Qaytar mənim otağımda
Sakit-sakit, mışıl-mışıl uyuyan
Sükunətin damlasını.
Üzümdəki, gözümdəki kədərləri,
Sənsiz görüb fikrə gedən
O düşüncəli aynasını
Qaytar!
Yarımçıq sevinclərimi,
Sözümdəki qatar-qatar
Nadir incilərimi qaytar!
Dəyişməyən amalımı,
Haralardan məlul-müşkül, boynu bükük
Dönüb gələn etinasiz,
Etirafsiz
Xəyalımı qaytar.
Sabah gəlsin, mən gecikim,
Gün ötüşsün tələsməyim,
Hara getsə dövran, gedim!
Ürəyimdə gizli-gizli nə coşmayım, nə əsməyim!
Qaytar mənim dünənimi,
Bu günümü belə görmək istəməzdim,
İstəmədim, istəmərəm!
Daha birdə gözümdəki tənhalığı heç kimsədən
Gizlətmərəm, gizlətmərəm!
Qaytar mənə o gündəki yalnızlığın qüdrətini,
Qəlbim içrə duyğuların, məhəbbətdən danışdığı
O əlçatmaz, o mənalı söhbətini.
Dayanmasın daha zaman,
Sabahıma ümid dolu gözlə baxam.
Qaytar mənim hər addımda 
Canım içrə taqətimi,
El içində bükülməyən
Qamətimi.

Şərhlər (3)

image
Kumedilos 30 aprel 2013 17:34
image
mavi 26 yanvar 2013 17:06
s?lamlar sayg?lar
sizi xo? g?rd?m ?erleriniz el? m?nkimilarin ?r?k s?zudu
ellerinize sa?l?g sag olun
dem?aliy?m iran azerbaycanindanam
serlerinizden ne??sini arab alfabesine kucurup sizden qaynag vererek oz webimde yaydim
yasa
image
Her fesil gozledim... 6 yanvar 2013 01:44
Serlerinizi cox beyendim elleriniz ve o sevgi dolu ureyiniz var olsun.Men ozum qadin.net saytinin bir uzvuyem serleriniz cox xosuma gelir deye hemin sayta qeyd edirem serlerinizden.Bagislayinki bunu sizden icazesiz edirdim cunki sizi hardan tapacagimi bilmirdim.Sizinde hemin sayta gelmeyinizi cox isderdim cunki orda menim kimi serleri seven qadinlar coxdur.Bir daha bu gozel serler ucun size oz minnetdarligimi bildirirem.Qeleminiz hemise yazar olsun.Amin.
Şərh yaz

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent