Gözlərində
Qara gözlərinə köçdü ürəyim,
Qaralı dünyaydı könlümün yurdu.
O qədər arzular qəsdimə durdu,
Məni gözlərindən asdılar gülüm.
Gözündə bir ömrün tarixi söndü,
Səni dünya bilib qəlbində tutan,
Gözündə öldü.
Gözündə vurdular məni,
Gözün şahid oldu bu aləm içrə,
Duydular məni!
Gözündə vurdular məni.
Uzandıqca yollarımız,
Sıralandım, nöqtələndim.
Kiçildim gözlərində.
Günahkar baxışın yerə düşəndə,
Kölgələndim gözündə.
Bu aləmdə adilər də vardı, dogmalar da,
Təkcə mən,
Bircə mən,
Özgə məndim gözlərində,
Özgə məndim...

Şərhlər (2)