Saytda axtar

SİZƏ BU SƏTİRLƏR DİVANƏDƏNDİR...

image

Salam Hörmətli oxucu!

Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur
Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz. Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır.
Hörmətlə: Divanə

Səni sevmək

ÇAP ET İRADINI BİLDİR

Səni sevmək...
Ümid deməkdi.
Sakitlik deməkdi, sükut deməkdi,
Səni sevmək,
Ömür deməkdi.
Kömür deməkdi divarlarda
Adının üstünə adımı gəlmək,
Həll etmək...
Məhəbbəti tapmaq deməkdi.
İntizar könlümə divan tutduqca,
Yuxunu bir küncə atmaq deməkdi,
Qaranlıq otağında.

 

***   ***    ***
 

Həsrətin ocağında yandıqca bağrım

Susmaq, dinləmək...
Çarəsiz, ağrım deməkdi,
Səni sevmək!
 

***   ***    *** 
Səni sevmək
Dözüm deməkdi bilirsən?
Şaxta kimi sözünə,
Etinasız gözünə,
Dözmək deməkdi bəzən.
Bu yenilməz sevdamdan inciməyəsən deyə,
Diqqət deməkdi! 
Bəzən bu acizliyə, səssizliyə,
Nifrət deməkdi.
 

 

***   ***    ***
Səni sevmək Azadlıqdı!
Dünya boyda qəfəsdə.
Hər istəkdə, hər həvəsdə,
Sən deməkdi!
Qəm deməkdi, bilirsən?!
Qəm deməkdi...
 

***   ***    ***
 

An deməkdi, heç ötməyən,
Can deməkdi Divanəyə,
Ölməyən!
Səni sevmək həyatdı...
Yaşamaqdı...
Daşımaqdı ürəyimdə
Ömrüm boyu
Xəyalını...
Hər halını....

 

Şərhlər (3)

image
ULVI 24 oktyabr 2014 07:07
ne olsun yagmur  men seni sevirem  ozun bilmeden     maraqlidi!!!
image
yagmur 9 mart 2014 20:44
Sevenlere
image
Cesmi 12 fevral 2014 22:33
Serlernizin asiqi olmusam her defe oxuyanda gozlerim dolur .tesekurler H?sr?tin oca??nda yand?qca ba?r?m Susmaq, dinl?m?k... ?ar?siz, agr?m dem?kdi, S?ni sevm?k!
Şərh yaz

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent