Bir sətir gülüş
Bir sətir gülüş,
Bir xəyali sən.
Bir baxış göndərsən
Dünyanın uzaqlarından,
Mən bu ayrılığa divan edərəm,
Hardasa səsinlə danışsa yağış.
Dözərəm! Duraram!
Gələrsən,gələrsən, güman edərəm,
Tükənmərəm mən.
Saçıntək qarışsa sinəmdə külək,
İzin yollarından çagırsa məni,
Sən ey ürəyimdə şahanə dilək,
Tükənmərəm mən!...
Çöksə sakitliyin gecələrimə,
Bilsəm ki, diqqətin var
Bu divanə hecalarıma,
Yazığım gəlməz.
Sənsizlik zülm etməsə canıma mənim,
Yuxusuz açılan danıma mənim,
Tükənmərəm mən!
Bilsən, görsən.

Şərhlər (1)