Saytda axtar

SİZƏ BU SƏTİRLƏR DİVANƏDƏNDİR...

image

Salam Hörmətli oxucu!

Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur
Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz. Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır.
Hörmətlə: Divanə

Biz görüşəcəyik bir gün səninlə

ÇAP ET İRADINI BİLDİR

Biz görüşəcəyik bir gün səninlə
Saçıma qış gəlib qarlar yağanda
Biz görüşəcəyik bir gün səninlə
Ömrün payz fəsli xəzan çağında

Dağ dağa rast gəlməz belə deyiblər
Biz ki dağ olmadıq həsrət qəmiylə
Ötsə də keçsə də ömürdə günlər
Biz görüşəcəyik bir gün səninlə

Biz görüşəcəyik bir gün səninlə
Həsrətin bir anlıq ölüm günündə
Məhəbbət çağlayıb selə dönəcək
Sənsizlik ağlayar çöküb önündə

Nə sənin qəlbində bir arzu istək
Nə mənim qəlbimdə ümüd doğacaq
Biz görüşəcəyik bir gün səninlə
Səmalar kövrəlib yağış yağacaq

Köksümə dolacaq həsrətli sözlər
İnanma alışsın közərən közlər
Biz görüşəcəyik bir gün səninlə
Gözündə qərq olar bu qəmli gözlər

Biz görüşəcəyik bir gün səninlə
O anı gözləyən gün kövrələcək
Müjdə söyləyəcək sevən qəlbimə
O isə lal olub heç dinməyəcək

Taleyin ayrılan yolları bizi
Bir anlıq görüşlə sevindirəcək
Biz görüşəcəyik bir gün səninlə
Ağlayan qəlbimin gözü güləcək

Həsrətin qəzabı əriyib keçməz
Taleyin oyunu, sonu bilinməz
Biz görüşəcəyik bir gün səninlə
Bəlkədə bu görüş bizə gərəkməz

Şərhlər (6)

image
Ilahe123 7 aprel 2014 11:33
Oxuduqca ruhum dincelir,sakitlesidirir meni bu se'rlerin ehtiyacim var idi bele bir sexsin se'rlerine.Ne yaxsi ki,tapdim Sizi ne yaxsi ki,varsan sair.Allah fikirlerini derin dusunceli ve menali etsin yagdirsin qeleminden ag vereqlere..
image
irade semedova 8 fevral 2014 01:23
?ox beyendim
image
ayla4 24 yanvar 2014 14:40

'la seirl'rdir

birisini unutmaq ist?y?n bir insana g?r? ?ox g?z?l yaz?lm?? seirdir.......
image
seva 1 oktyabr 2013 10:51
weirlerinizi cox beyendim.
image
Yunis 28 sentyabr 2013 10:17
salam seirlerinizi beyendim...men sizinle elaqa saxlamaq istiyirem 0517872945..men efir produseri iwliyirem..sizi efire deved ede bilerem.
image
LALE 14 dekabr 2012 16:26
COX QESEY SEIRLERINIZ VAR
Şərh yaz

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent