Divanə dünyası / Sən məni unuda bilməyəcəksən

Sən məni unuda bilməyəcəksən

Nə etsən qəlbinə gələcəm yene
Sən məni unuda bilməyəcəksən
Mənə zalım deyib vəfasız demə
Sən məni unuda bilməyəcəksən

Məni yuxularda görməmək üçün
Yuxusuz açılsa hər gələcək gün
Xəyalın mənimdir mənim büsbütün
Sən məni unuda bilməyəcəksən

Yazdığın sətirlər məndən olacaq
Mənsiz sevgi dünyan qəmdən olacaq
Mən sevdim sevgilim səndən olacaq
Sən məni unuda bilməyəcəksən

Gecələr bir əsən mehə dönəcəm
Men səni hər yerdən baxıb görəcəm
Hər gün yaddaşına gəlib deyəcəm
Sən məni unuda bilməyəcəksən

Nəğmələr sözümü deyəcək sənə
Varlığın dəyişib dönəcək mənə
Gəl zülüm eyləmə sevən qəlbinə
Sən məni unuda bilməyəcəksən


24 avqust 2009
Geri qayıt