Mən dənizəm, köksüm üstə dalğalar,
Qəmlənəndə qayalardı həmdəmim.
Mən Günəşəm, önümdə göy buludlar,
Qızındırar bu torpağı atəşim.
Mən küləyəm saçlarını darayan,
Mən yağışam sənin üçün ağlayan.
Heç bir zaman bircə an da sönməyən,
Bir alovam ürəyimi dağlayan.
Ömrünün, gününün mənası mənəm,
Mən olmasam, kimlər çəkər nazını.
Alnına yazılmış taleyin mənəm,
Kim pozacaq bu yazılmış yazını?
Mən badəyəm divarlara çırpılmış,
Mən şərabam divanələr yaratmış.
Mən bir eşqəm ürəyində yerim var,
Mən ətirəm saçlarına qarışmış.
Qəlbinin sevinci, qəmi də mənəm,
Ömrünün günü də, ili də mənəm.
Mənəm ürəyinə hakim kəsilən,
Gözünün çağlayan seli də mənəm.
Səni özündən də belə çox sevən,
Təkcə bir insan var,odakı mənəm.
Səninçün ağlayan, səninçün ölən,
Hər zaman səninlə vuran ürəyəm.