Bu eşqi taladıq, viran etdik biz,
Günahı həm səndə, həm də ki, məndə.
Deyirəm, zalımdı bizim qəlbimiz,
Gunahı həm səndə, həmdə ki, məndə.
Nə dedik, nə oldu, ayrıldıq belə,
Çətin ki, dünyaya, bax, bu aləmə,
Baxaq biz bir daha bu sevgi ilə,
Günahı həm səndə, həmdə ki, məndə.
Daha danışmırsan, sözün qurtarıb,
Xatirələr səni səndən qoparıb.
De, hansı yollarla səni aparıb?
Günahı həm səndə, həm də ki, məndə.
Baharı axtarma,sərt qış gələcək,
Mənsiz üzünə qəm-qüssə güləcək.
İnan, çoxu səni ölmüş biləcək,
Günahı həm səndə, həm də ki, mən də.
Mən də itirmişəm o yazı sənlə,
Sevincim yox olur sənsiz günlərlə,
İndi hər saniyə həmdəməm qəmlə,
Günahı həm səndə, həmdə ki, məndə.
Yoxdusa məhəbbət, o eşq, o sevgi,
Ömrümü bəzəyən o gül çələngi,
Yoxdusa dunyanın işıqlı rəngi,
Günahı həm səndə, həmdə ki, mən də.
Hanı o iradə, hanı o dözüm,
Hanı bəs yollarda qalan o gözün?
Sənə söyləməyə yoxdur ki, sözüm?
Günahı həm səndə, həmdə ki, məndə.
Qəlbimdə üst-üstə nisgil qalanır,
Ortaya çəkilən yollar uzanır.
Umud yox,ürək də həsrətdə yanır,
Günahı həm səndə,həmdə ki, mən də.