Divanə dünyası / Bəxşişin bir sevgi məhəbbət olsun

Bəxşişin bir sevgi məhəbbət olsun

Ərisin qəlbinin soyuq buzları
Bəxşişin bir sevgi məhəbbət olsun
Yaxin et sevginlə o uzaqları
Bəxşişin bir sevgi məhəbbət olsun

Yuxuna mən gəlim gecələr sənin
Toxunsun əlimə sənin əllərin
Hər dəfə bir bayram mənə gəlməyin
Bəxşişin bir sevgi məhəbbət olsun

Darıxsın urəyin axtarsın məni
Unutsun mənimlə kədəri qəmi
Yandırım könlündə məhəbbət şəmi
Bəxşişin bir sevgi məhəbbət olsun

Ürəyin qərq olsun eşq dənizində
Sevdamı qoy yadlar gül bənizində
Hiss edib hər zaman bilib oxusun
Bəxşişin bir sevgi məhəbbət olsun

24 avqust 2009
Geri qayıt