Divanə dünyası / Sən getdiyin zaman

Sən getdiyin zaman

Ürək dinmədi sən getdiyin zaman
Oldu gözümdə hər arzu istək
Bahar gəlmədi sən getdiyin zaman
Soldu qəlbimdə hər gül hər çiçək

Sən elə gəlmişdin sən belə getdin
Gələndə sevincdin gedəndə qəmdin
Ömrümə yazılan yeni bir sətir
Könlümdə qalan da yenə də səndin

Sən mənim qəlbimin şanı şöhrəti
Günümün mənalı anları idin
Sən mənim dilimin şirin söhbəti
Ömrümün ən gözəl çağları idin

Səninlə qurtardı gülmək sevinmək
Soldu arzularım soldu çiçəktək
Sən mənim yanımdan ayrılan zaman
Mən səni getməyə qoymazdim gerek

Yadıma salıram sənli günləri
Kədərli təbəssüm üzümə qonur
Təsəlli tapıram xatirələri
Yadıma salanda xeyalım donur

Dünən də bu gün də hər zaman hər an
Sən mənim qəlbimdə urəyimdəsən
Çıxmazsan yadımdan mənim heç zaman
Sən mənim bu qəmli gözlərimdəsən


24 avqust 2009
Geri qayıt