Divanə dünyası / Qayit

Qayit

Çökdü gözlərinin rəngi ömrümə
Gözlərində itən gözümlə qayıt
Bu payız nəfəsli soyuq günümə
Məndən apardığın dözümlə qayıt

Sənə gülüm deyirdim baharım yoxdu
Bu gənclik bağından nübarım yoxdu
Günəşlə açılan sabahım yoxdu
Tapa bilmədiyim ozumlə qayıt

Sözlərim itirib öz mənasını
İtirib cümlədə öz sırasını
Qəlbimə vurduğun söz yarasını
Sağalda biləcək sözünlə qayıt

Bu həyat elə bil alovdu yanıb
Bu dəli könlümü oyuncaq sanıb
Hələ də yanaşı oduncaq qalıb
Alışa biləcək közünlə qayıt


24 avqust 2009
Geri qayıt