Divanə dünyası / Divanədən...

Divanədən...



Sözüm olsun dodağında gizli qalan
Yaxşı yaman, bir az səndən bir az məndən
Ötüb gedən tarixlərdə itir insan
Sətir sətir yadigarsan Divanədən...

Baxışların vərəqlərə köçəcəkdir
Diqqət etsən öz əksini görəcəkdir
Kim hicranı kimi qəmi böləcəkdir
Sətir sətir yadigarsan Divanədən...

Gecələri qoymaram mən qəm olmağa
Atəşimin şövqü düşər qaranlığa
Düşün düşün söz məbədim, bir anlığa
Sətir sətir yadigarsan Divanədən...

Laylasını çalır hicran təranəsi
Öz yurdu var öz diyarı qəmxanəsi
Ruhum olur atəşinin pərvanəsi
Sətir sətir yadigarsan Divanədən...

Bir gün mənsiz qalacağı düşür yada
Qəm çəkirəm, kövəlirəm, gəlir dada
Sən əbədi insan oldun bu dünyada
Sətir sətir yadigarsan Divanədən...


29 avqust 2009
Geri qayıt