***
Gözümə sel dolub hicrindən sənin
Gözümə bir payız havası gəlib
Bu dünya nəyimə gərəkdir mənim
Sevinc sən olmasa qəm sən olmasa
De hansı həvəsin oduna yanım
Hər addım yerində tükənər canım
Yıxılıb yollarda qalanam elə
Arzu sən olmasa kam sən olmasa
Ürəyim dərd edir mənə hər günü
Od olub köksümdə alışır özü
Uçub asimandan boylanar vallah
Zaman sən olmasa dəm sən olmasa
Dözüm yalan olar ömür də namərd
Məhəbbət sözündən dönməz heç zaman
Alışıb köksünü yandırarmı dərd
Ümüd sən olmasa şəm sən olmasa
Divanə sözündə xatirə qalar!
Bu cavan yaşımda saçıma mənim
Kədərlər yol edib cığırmı salar?!
Qüssə sən olmasa dən sən olmasa
6 sentyabr 2009
Geri qayıt