Divanə dünyası / Xəyalım

Xəyalım


Ləçəklər sehrinə bürünər səhər
Meh olub köksünə düşər Xəyalım
Nitqimi küləklər ərz eyləməsin
Bir incik baxışla süzər Xəyalım


Vəsfini bu gecə bir ürək deyir
Namələr üstündə titrəyir əli
Çiçəklər ətrindən lətafət geyir
Dil açıb sözlərdə dinər Xəyalım


O bahar vaxtının təravətidir
Bir ömür bəxşişi səadətidir
Səxavət məhəbbət xoş adətidir
Laləzar günlərdən gülər Xəyalım


Nəğmələr ruhumu aparıb gedər
Taleyin zirvələr iddiası var
Bir gün bu fələk də ayrılıq edər
Məni öz sözümdən bilər Xəyalım

Divanə qəlbimin incədir özü
Nə qədər sitəmin, tabı olsada
Mən gələn yolları çəkirmiş gözü
Siralı günləri düzər Xəyalım

22 noyabr 2009
Geri qayıt