Divanə dünyası / Ürəyimi yar incidir

Ürəyimi yar incidir



Cəllad olub xatirəsi
Ürəyimi yar incidir
Hicraniyla nədir bəhsi
Ürəyimi yar incidir

Gecə yatır mən yatmıram
Yoxlugunu aldatmıram
Niyə ona heç catmıram
Ürəyimi yar incidir

Sevinirəm hey görəndə
Söhbətimi o böləndə
Ağlayarmı mən öləndə?!
Ürəyimi yar incidir

Zülmü qəlbə yara cəkdi
Eşqim ilə dara cəkdi
Adım üstdən qara cəkdi
Ürəyimi yar incidir

Bu sözlərim sədasıdı
Sükutu da ədasıdı
Əzabları vəfasıdı
Ürəyimi yar incidir

Baxa bilməz gözüm sənə
Qurban olsun özüm sənə
Könül deyir dözüm sənə
Ürəyimi yar incidir

Söz yazıram laylasıdır
Vəsf edirəm aynasıdır
Ürək sevgi dünyasıdır
Ürəyimi yar incidir

Cavan yaşda saç da dənim
Yoxdu dərdim yox bir qəmim
Biləsən ki dostum mənim
Ürəyimi yar incidir

O arifdi yanılmazki
Divanəyəm danılmazki
Etinasiz sanilmazki
Ürəyimi yar incidir

31 yanvar 2010
Geri qayıt