Divanə dünyası / ***

***




Yollara yol deyib necə səslənim?!
Sən adlı ünvana yox bircə cığır...
Zamana sınacaq deyilki ürək,
Yığır taleyimdən günləri yığır

Qaranlıq! hər ümüd sonu qaranlıq!
Qar kimi əriyən ömrü bir anlıq
Nə qədər üzüldü qopmadı ürək
Niyə uzaq düşdük uzaq yarandıq...

Qırılıb könlümə dagıldım sənsiz
Aləmdən xəbərsiz ölə də bildim
O qədər qüvvətli göründümki mən
Bu qədər kədərlə gülə də bildim

Yaşadan zülmünə qaçar duyğular
Məzlumdu, yazıqdı naçar duyğular
Bir gecə var olsan ömürdə gündə
Baharlı çiçəktək açar duyğular

Sənə bir günahtək qalacam məndən
Bu qədər zülm ilə sevən ürəkdən
Divanə nə qədər nəfəsə quldu,
Sən ülvü olarsan hər bir diləkdən



26 fevral 2010
Geri qayıt