Ürəyimə yazdım səni
Bu taleyə yazmaq çətin
Yox ki, ümüd məhəbbəti
Ürəyindən ummaq çətin
İnanmadın inanmazsan
Bağlanmadın baglanmazsan
Bəlkə də sən anlamazsan
Amma sənsiz qalmaq çətin
Sözlərinlə yaşar həsrət
Elə soyuq elə qəmgin
Sən öz yurdum mən də qürbət
Səndən ayrı olmaq çətin
Yox təsəlli sənsiz ana
Gülər üzüm ağlar qəlbim
Sən bu eşqi anlamana
Çatmaz ömür danmaq çətin