Divanə dünyası / Nə varki?!

Nə varki?!



Can demişdim, ayrılardım özümdən
Çox qırardım arzuların xətrini
Bax arxanca boylandiqca kövrələn
Yetim könlüm, ağlamasa nə varki?!

Çəkdirərdim həsrətimin dadını
Axtarardın çox çox doğma yadını
Gecə gündüz sözüm sənin adını
Yaza-yaza çağlamasa nə varki?!

İndən belə bitəcəkmi bu qəflət,
Deyirlərki sevmək olur yenidən,
Bu ümüdsüz, bu sitəmkar, məhəbbət
Gözlərimi bağlamasa nə varki?!

Yüz yaşaram saçlarıma düşməz dən
Xatırlaram etinasız, mən hərdən
Güc aldıqca intizarın, kədərdən
İçərimdən doğramasa nə varki?!

Axtarmaram sözlərində qədrimi
Divanəyə dərd olmazdın gülüm sən
Dara çəkib sevdan mənim qəlbimi
Çalın çarpaz dağlamasa nə varki?!

7 iyul 2010
Geri qayıt