Günəşim!... Şövqünə bələnmirəm ki,
Sökülməz danımı xəbər al indi.
Eşqimin ürəktək qalası vardı,
Sən bir sol yanımı xəbər al indi.
Söylə, nə istəyir etsin o könlün,
Daha cavanlığa rəhmim qalmadı.
Ayına, gününə doymazdım ömrün,
Keçməyən anımı xəbər al indi.
Səni car eylədi könül ellərə,
Ətirli çiçəyə, qönçə güllərə.
Mən eşqi yazdıqca düşdüm dillərə,
Sözlərdən şanımı xəbər al indi.
Fikrindən bir məzlum mən ötüşərsə,
Xatirəm qəlbində qəm bölüşərsə,
Biz gedən yerlərə yolun duşərsə,
Bu xəstə canımı xəbər al indi.
Divanə qəlbitək kölən oldumu?
Varikən yox olub, ölən oldumu?
Amansız qətlini görən oldumu?
Tökülən qanımı xəbər al indi.