Laylasını ürəyimmi çaldı görən
Şirin-şirin yatır mənim əvəzimə
Həm geyinir sevincimi, fərəhimi
Arzulara çatır mənim əvəzimə
Gecələrin zülmətidir mürəkkəbim
Sənsən mənim qaynar əziz qəmli təbim!
Pərdələndin, hecalandın, sətirləndin
Söz geyindin ümüdümlə ətirləndin
Nələr yazsam qəlbim səni çəkə bilməz
Nə dedimki küsdün mənnən xətirləndin
Dözəcəyəm tab veribdir mənə rəbbim!
Sənsən mənim qaynar əziz qəmli təbim!
Od saldıqca can alışır ondan yazır
Pünhan-pünhan nəql eyləyir fikrim azır
Əfv diləmək yaraşmazki Divanəyə
Qazır vallah qıyır mənə, qəbrim qazır
Varım yoxum, söz sənətim səltənətim
Sənsən mənim qaynar əziz qəmli təbim!