Divanə dünyası / Qoy məni gecələr ağlasın

Qoy məni gecələr ağlasın

Qoy məni gecələr ağlasın,
Sakit yağışlı küçələr,
Qırmızı pəncərələr,
Hər tərəfdə beş bucaqlı, dörd bucaqlı,
Sərhəd-sərhəd çərçivələr
Ağlasın məni...
Qoy məni gecələr ağlasın,
Payızın qəlbi yara yarpağı,
Düşüncəmin qəm otağı...
Qoy məni gecələr ağlasın,
Narıncı işiqların əlvan baxış yeriyəm.
Köksüm dünyanın köksü, 
Yağış yeriyəm.
Qoy məni gecələr ağlasın,
İzimin ustündən tufanlar ötsün.
Səsim küləklərin saçında qalsın,
Bu gecə halımı özgələr görsün,
Qoy məni gecələr ağlasın.

 

9 dekabr 2011
Geri qayıt