Divanə dünyası / Olarsan

Olarsan

Məni bu fəğan ilə təkcə qoyub get
Bu dəm ilə dərdimi görməz olarsan
Daha gəl mehrini yoxluğuma sal
O zaman, peymanından dönməz olarsan

Xoşbəxtlik lütfünü sən diləyimdən gör
Hər yağan leysanı da gileyimdən gör
Şövq ilə yanmağını ürəyimdən gör
Mən ki, varam günəşim! sönməz olarsan

Ovutma! Divanənin sınmış xətrini
Söz olan dəryadan dolsun qələmi
Sənə mən ölməzliyin açdim sirrini
Hər qəmli söz içində ölməz olarsan


15 dekabr 2011
Geri qayıt