Divanə dünyası / Getmə gəl!...

Getmə gəl!...

Bilən olsun! Bu sevdanın,
Sözü nədir, söhbəti nə.
Yazan olsun qalaq-qalaq,
Kitab-kitab.
Yenilmişəm varlığının qüdrətinə,
Qınasa da solum, sağım,
Getmə, gəl!
Məhəbbətdən ətirlənən,
Ovucumla çətirlənən laləzarım.
Tacı oldun hər baharın,
Bağça-bağım,
Getmə gəl!
Qocaldıqca tükənirik,
Ucaldıqca tükənirik.
Bu dünyada biz ki, təkcə
Məhəbbətə söykənirik!
Bir gun olar, yetməz sənə səs-sorağım,
Getmə gəl!
Varlığına sığınıbdır dözüm, tabım,
Əzəl günüm, əcəl günüm son qərarım,
Gör nə qədər zülm etmisən, dözmüşəm mən.
Köksümdəki sitəm, dağım
Getmə gəl!
Olan olub, keçənlərə,
Qatar-qatar taleyimdən köçənlərə.
Aldanmışam!
Düşünmüşəm, daşınmışam,
Mən nahaqdan yaranmışam!
Ötürmüsən gün yerinə,
Söndürmüsən kül yerinə.
Yanmaz oldu gur ocağım,
Getmə gəl!
Can tükənir qəm yazanda,
Dara çəkir ruhun məni.
Gecələrim intizarda,
Sübhə kimi ol qonağım, 
Getmə gəl!
Alışsaydım oçağında qor yerinə,
Divanəyə lütfün ola.
Ölsəm əgər gor yerinə,
Gömüləydim ürəyində,
Kaş olaydın buz torpağım,
Getmə gəl!...

16 yanvar 2012
Geri qayıt