Bir vərəq məhəbbət,
Bir sətir günah.
Bir dünya qəmin gəldi bu gecə,
Bir otaq intizar sardı məni,
Ağ vərəqlər üstündə.
Gizlicə...
Ah çəkdi dolanan yollarda ürək,
Bir sabah tapdı məni,
Fikrimin sonunda dizləri üstdə.
Könlü də xəstə,
Ömrü də xəstə,
Sözü də xəstə.
Bir bax! Bu zamanın zindanında,
Dəmir arzulardan xəncər düzəldir,
Bir saatın əqrəbləri...
Doğram-doğram etmək üçün
Divanəni...
Bir insan keçdi getdi,
Düz ömrünün ortasından...