Düşüncələr ağlamır gülüm.
Damır...
Qara budaqlardan,
Sarı torpaqlara.
Sonra xəzan yeli əsir,
Quru dodaqlara...
Düşüncələr ağlamır gülüm,
Bağlayır...
Sonuyla axırını,
Uzaqlara yaxını.
Düşüncələr ağlamır gülüm
Çağlayır...
Sarı yarpaqlarda,
Nağıllardan boylanır,
Qaranlıq otaqlarda
Düşüncələr ağlamır gülüm.
Dağlayır...
Xəyalın dumanlı yalanlığında.
Divanə qəlbinə sığınır durur,
Düşüncələr ağlamır gülüm!
Ağlamır!!!...