Ucadan ucadır bizi Yaradan,
Nəcibdən nəcib.
Bu qədər dərdlidən bir məni seçib,
Səni dəva yazdı,
Məni can yazdı.
*** *** ***
Ədalət üstündə quruldu divan,
Sevən ürəyimdən dara çəkildim.
Dünyanın içində bir ayrı cahan,
Səni günəş yazdı,
Məni dan yazdi.
*** *** ***
Könlümə bir xeyli məşəqqət, sınaq,
Eşq nədir bilməyən o insanlardan,
Üstümə qoşuntək məzəmmət, qınaq,
Səni xəyal yazdı,
Məni kam yazdı.
*** *** ***
Divanə zülmünə dözmədi demə,
Məni məzlum bilib, vəfasız bilmə.
Bütün iztirabı düzdüm sətrimə,
Səni şeirlərdə ən gözəl misra,
Əriyən ömrümü sənə şam yazdı.