Mənim sevdiyim gözəl,
Qara gözlərin qaçıb
Zamanın arxasınca.
Qara saçların uçub,
Mən səmaya baxınca.
Mənim sevdiyim gözəl,
Əllərinə iz düşüb,
Gözlərinə göz düşüb,
Ürəyinə köz düşüb.
Məndən ayrı haçansa,
Kim üçünsə yanmısan.
Hərdən olub özündə,
Bilirəm ki, sən məni,
Bu sevdanı danmısan.
Mənim sevdiyim gözəl,
Hardasa düşsə yada,
Mənim itgin xatirəm,
Üzünü tut mən tərəfə,
Mənə sarı gülümsə.
Axı niyə xəyalım
Kiminsə...
Həyatından gətirsin,
Şirin gülüşlərini.
Bircə anlıq hər kəsdən,
Gizli görüşlərini.
Mənim sevdiyim gözəl,
Gülümsə,
Mənə sarı gülümsə...