Elə bilirdin ki, kiçilməyəcəksən
Dənizin işıqlı ləpələrində.
Zərrə tək düşüncən uzaqdır məndən,
Elə bilirdin...
Elə bilirdin ki, silinməyəcəksən,
Adının üstündən keçən xətlərin,
Ardından gözümə görünməz oldun.
Yandı ürəyimdə atəş də, sən də,
Külün külək kimi sovruldu göyə,
Bilinməz oldun.
Elə bilirdin ki, qar kimi soyuq
Günləri oduna atdığım gündən,
Nə sevinc biləcəyəm,
Nə eşq düşəcək duyuq.
Fikrim səhralarda tək qalacaq, tək,
Gözüm qan aglayacaq, ürəyim kədər.
Heç nəyə də qıymadım heç səni görcək,
Ötən günlərimdə batmadım yasa,
Saçımın ağına sığal çəkdiyim,
Əllərim yoluna uzanmaz daha.
Elə bilirdinki,
Ruhumu məzara gömdü həsrətin,
Acı fəğanlarda bir daş olmuşam.
Mən qulu olmadım səntək qismətin,
Üzünə bir kərə sərt də baxmadım.
Səni taleyimdən alan həsrətin,
Yanmadı, neynim.
Yoxluğun qəlbimdə ocaq olmadı,
Hayana getdimsə, sipəri də yox.
Nə daşlı, çınqıllı qucaq olmadl,
Elə bilirdinki, Divanə qəmdi.
Hər gecə ağlardı, gözləri nəmdi,
Daha bu dünyanın nəyi qəmdiki?
Nəyi var sevincdi, nəyi Səndi ki?!
Qəlbinə od salıb yandıranı
YOX!
Bezdirib, bu candan usandıranı...