Divanə dünyası / Deyil

Deyil

Bu gün mənim deyil,
Heç sabahı da.
Bu saat mənimki deyil
Bu həyat,
Bu ev,
Bu otaq,
Əlim hec bir yerə çatmayacaq,
Bu gün mənim deyil, 
Heç günahı da,
Heç savabı da...

 
***    ***   ***
Bu yol mənim deyil,
Bu son mənim deyil əzizim.
Bu dərd mənimkidi,
Bu qəm mənimki.
Hər sözdə bir soraq, 
Gecələr oyaq, gündüzlər oyaq.
Qəlbimi ovcum tək sıxıb məhv edən
Bu sən mənimkidi,
Bu sən mənimki.
Bu söz mənim deyil, şirin danışır,
Bu göz mənim deyil, gülür yalandan.
Beynimdə saçıntək fikrim qarışır,
Bir baxsan!...
Divanə də düşüb candan,
Bu can mənim deyil.
Desəm nə fayda,
Bu ağrı mənimkidi,
Bu çagrı mənim.

16 iyun 2013
Geri qayıt