Biz nahaqdan görüşmədik...
Bir baxışla ötüsmədik,
Söhbət etdik qəlbimizdə,
Mənli səndən,
Sənli məndən,
Axı niyə qaçmadıq ki,
Ömrümüzü qandallayan,
Gərçəklərdən...
Biz nahaqdan görüşmədik,
Al qan oldu bağrım başı,
Özgəsinə yol yoldaşı.
Ürəyimə nədir qəsdin?
Əcəl kimi qəfil gəldin.
Qəfil əsdin
Taleyimin yollarına,
Biz nahaqdan görüşmədik...
Sən olanda görsənmədim,
Sən olanda uzaq getdim,
İnad etdi baxışların,
Gülüşlərin...
Biz nahaqdan görüşmədik,
Gözlərimi yumanda da,
Açanda da,
Bir dünya sən oldun mənə.
Ruhuma can,
Ey eşqi dərd!
Şirin röya, sirr, həyacan!
Biz nahaqdan görüşmədik!.