Səni sevmək...
Ümid deməkdi.
Sakitlik deməkdi, sükut deməkdi,
Səni sevmək,
Ömür deməkdi.
Kömür deməkdi divarlarda
Adının üstünə adımı gəlmək,
Həll etmək...
Məhəbbəti tapmaq deməkdi.
İntizar könlümə divan tutduqca,
Yuxunu bir küncə atmaq deməkdi,
Qaranlıq otağında.
*** *** ***
Həsrətin ocağında yandıqca bağrım
Susmaq, dinləmək...
Çarəsiz, ağrım deməkdi,
Səni sevmək!
*** *** ***
Səni sevmək
Dözüm deməkdi bilirsən?
Şaxta kimi sözünə,
Etinasız gözünə,
Dözmək deməkdi bəzən.
Bu yenilməz sevdamdan inciməyəsən deyə,
Diqqət deməkdi!
Bəzən bu acizliyə, səssizliyə,
Nifrət deməkdi.
*** *** ***
Səni sevmək Azadlıqdı!
Dünya boyda qəfəsdə.
Hər istəkdə, hər həvəsdə,
Sən deməkdi!
Qəm deməkdi, bilirsən?!
Qəm deməkdi...
*** *** ***
An deməkdi, heç ötməyən,
Can deməkdi Divanəyə,
Ölməyən!
Səni sevmək həyatdı...
Yaşamaqdı...
Daşımaqdı ürəyimdə
Ömrüm boyu
Xəyalını...
Hər halını....