Məni intizarla çəkdin sınağa,
Yuxusuz gecəyəm, günəşsiz səhər.
Payızam!... ağlayır məni yağışlar,
Nisgilli baxışam, üzümdə qəhər.
Bir dünya sən ilə yaşayır ürək,
Qoruyur xəyali varlığını da.
Bəs niyə həsrətə göz yumdun, nədən?!
Aldın əllərindən sağlığını da.
Yanar yoxluğumahəsrətin gülüm,
Məni bu eşq ilə dəfn edəcəklər.
Səninçün bir dünya sətirlərim var,
Nə qədər dünya var, vəsf edəcəklər.
Divanə ruhuna köçdün əzəli,
Mən bu qismət ilə barışmaz oldum.
Bir sel kimi axıb keçdi illərim,
Ömürə, taleyə qarışmaz oldum.