Divanə dünyası / Sözüm ürəyimin xətrinə dəyir

Sözüm ürəyimin xətrinə dəyir

Məni dindirməyin, deyə bilmirəm

Sözüm ürəyimin xətrinə dəyir

Deyirəm çətindi onsuz yaşamaq

Sözüm ürəyimin xətrinə dəyir

  

Mən necə ağlayım, gözüm məhvidi

O getdi vidalı könül əfvidi

Bəlkə də qismətdi, bəlkə səhvidi

Sözüm ürəyimin xətrinə dəyir

  

Ömür yıxdığını çətin ki, tikə

Məni dindirməyin susaram bəlkə

Bu ürək bu həsrət məndən əl çəkə

Sözüm ürəyimin xətrinə dəyir

 

Sevdiyi atəşdə, yanar pərvanə

Düçardan, naçara bir ömür yolu

Özü Divanədir, eşqi divanə!

Sözüm ürəyimin xətrinə dəyir

 

 


27 iyun 2014
Geri qayıt