Ən gözəli sən idin
Yuxusuz açılan sabahlarımın.
İntizar qəlbimi doğrasa belə,
Mən ən gözəli bilirdim
Ümidsiz, gunahkar gümanlarımı.
Ən gözəl sən gülürdün
Xəyaltək fikrimin qanadlarında.
Ən gözəl sən deyirdin
Dünyada nə qədər gözəl söz vardısa...
*** *** ***
Məncə ən gözəlini sən bilirdin,
Ən gözəl yaz da sən idin,
Ən gözəl qış da...
Bir anlıq fikrimdə yox olub gedən,
O gozəl baxış da... sən idin!
Sən ən gözəl təbib idin,
Qussələrə qənim idin.
Mən ən gözəli bilirdim,
Səndən gələn hər nə varsa.
Həsrətin bağrımı yarsa,
Yenə mənim üçün ən gözəlsən,
Ən gozəl...