Bir yaz gecəsiydi
Sənin gəlişin...
Sakit küləkli yağış səsiydi
Zülmət qaranlıq,
Səssiz..
Ömür mənzərəsiydi.
Sənin gəlişin...
Əlimdə bir ovuc ömür payımla
Yorgun günlərimlə,
Yorğun bir yaz ayımla
Üz-üzə dərdləşməsiydi
Sənin gəlişin...
Həvəsim can üstündə
Gecələr dan üstündə
Sönüb gedirdi...
Xatirə- xatirə günlər vardı ki,
Divan edirdi
Ümüdsüz ürəyimə
Hər məzlum diləyimə
Divan edirdi
Mənim son ümüdüm
Son dönüşümsən
Ömürlü dünyayla
Son görüşümsən
Kül yerinə ocaq oldu
Kövrələn duyğulara
Səssiz qucaq oldu
Dindirmədi, danışmadı
San ki, bu həyata heç qarışmadı
Sənin gəlişin...
Sevdim arzulardan boylanmağını
Yox, yox!...
Qoy ne qədər uzaq görünsən
Qoy nə qədər ömrümdən,
İraq görünsün
Sənin gəlişin...
Bahar oldu, yaz oldu
Pərvaz oldu
Yorğun qollarıma
Unutdum dünyanın hər bir üzünü
Bu qədər kiçilib yenilməyimdə
Mənim gözlərimdə zərrəyə döndü
Sənin gəlişin!...
Ürəyə döndü
Döyündü qəlbimin arzularında
Döyündü, döyündü...
və ...
Sən gəldin...