Divanə dünyası / Mənim ki, həyatım gözlərindədi

Mənim ki, həyatım gözlərindədi

Necə qıydın ey yar qoydun ağlayam
Sənin yoxluğunu çəkim hər gecə
Nə edim bu bəxti ümüd bağlayam?!
Dinməyim, deməyim desin ki, necə?!
Bu acı fərağım gözlərindədi
Mənim ki, həyatım gözlərindədi...

Çəkirəm qəmini intizaram mən
Qəniməm dünyanın fəsillərinə
İllərdir xəstəyəm ahu zaram mən
Nə qədər baxacam şəkillərinə
Açılan sabahım gözlərindədi

Mənim ki, həyatım gözlərindədi...


Bağrım parça-parça ürək bezardı
Gecələr düşməndi gündüz hazardı
Qalmışam biganə, zalım qisməti
Divanə bu eşqi yazan yazardı
Biləsən son pənahım gözlərindədi
Mənim ki, həyatım gözlərindədi...

15 aprel 2015
Geri qayıt