Xatirim eşqinə,
Gülümsə bir az.
Gözlərin bir günəş kimi
Elə uzaqlardan parıldasın ki,
Qaranlıq dünyama
Bir işiq olsun.
Danış...
Xatirim eşqinə pıçılda,
Həzin bir musiqi ol,
Dinməyən arzular,
Dinməyən yuxular kimi,
Danış və səslən,
Çağır!
Xatirim eşqinə
Səslə!
Dənizin mehiylə toxun əlimə,
İlahinin lütfü kimi gəl dilimə,
Yazım sətir-sətir,
Yazım qalaq-qalaq.
Onsuzda bu dünyada hər nə varsa,
Bir gün olacaq,
Bir gün olmayacaq.
Xatirim eşqinə!
Yaşa məni...
Sənə səmanı,
Sonra dənizləri,
Günəşi,
Ayı,
Gecələri ,
Gündüzləri verdim,
Xatirim eşqinə.
Barış!
Bu dəli eşqimin
Sətirləriylə
Barış!
Xatirim eşqinə,
Dinlə məni sən.
Əgər bir gün bilsən,
Gülümsə,
Təkcə mənim
Xatirimə gülümsə...