Divanə dünyası / Yoxdu

Yoxdu

 Baxışın içində olmadı yerim
 Səsini gətirən küləyim yoxdu
 Nədəndi bu qədər zülm eləyirsən
 Dözüb tab edəcək ürəyim yoxdu

 Əlinin tumarı qəribsəmir ki,
 Çəkdiyin səddlərin nə üçün çoxdu
 Gözün gözlərimə gülümsəmir ki,
 Bilirsən bir ayrı diləyim yoxdu

 Elə bir eşq ilə candır xəyalın
 Yaşayan ömrümü yalan etmisən
 Dünyada həsrətin oldu camalın
 Bir özgə lazımım gərəyim yoxdu

 Bir sevda yolundan geri dönülməz!
 Özgələr qəlbində qonaq olmaram
 Mənim səndən başqa gözə görünməz
 Çiynimə söykənən mələyim yoxdu

 Divanə sevinci səndən öyrənir
 Şahanə eşqinin xəyal gözüylə
 Mənim baharlarım yorğun görsənir
 Çiçəklər içində çiçəyim yoxdu

3 iyun 2015
Geri qayıt