Mənə bu ədayla baxmağın nədir,
Gün gəlib, həsrətin tənha qalacaq.
Baxışın dünyanı dolanıb durar,
Qəlbini bir zalım nisgil alacaq.
Səssiz ürəyində cağıracaqsan,
Sən də ay sevgilim, darıxacaqsan.
Yorğun qollarına dərd olacam, dərd,
Titrəyən əlinə səbəb axtarma.
Mənsiz büküləcək o qamət, o qədd,
Min dəfə desən də ürək, darıxma!
Səssiz ürəyində cağıracaqsan,
Sən də ay sevgilim, darıxacaqsan.
Min arzu, min ümid öldürən gözəl,
Günəşi, gündüzü söndürən gözəl.
Yalandan gözünü güldürən gözəl,
Baxıb aynalara ah çəkə-çəkə,
Səssiz ürəyində çağıracaqsan,
Sən də ay sevgilim, darıxacaqsan.
Peşiman sözünlə dinməyəcəksən,
Hardayam, necəyəm, bilməyəcəksən .
Bu məzlum halına ağlayacağam,
Nə fayda, gözümü silməyəcəksən.
Səssiz ürəyində çağıracaqsan,
Sən də ay sevgilim, darıxacaqsan.
Divanə eşqinə büründü qəlbin,
Tükənib bitəcək susduqca səbrin.
Səsin ürəyimə dərman kimidi,
Düşünə-düşünə gəlməz ki, rəhmin.
Səssiz ürəyində çağıracaqsan,
Sən də ay sevgilim, darıxacaqsan.