Divanə dünyası / Gəl

Gəl


Xatirən könlümə divan edəndə,

Od olub köksümü dağlayanda gəl.

Gecələr qərq olub qəmə dönəndə,

Aləmdən gizlicə ağlayanda gəl.

 Soruşdu baxışım səni günəşdən,
 Səmadan, gündüzdən, soyuq gecədən.
 Fikrimin əlindən tutub sən hərdən, 

Sətirim, sözlərim çağlayanda gəl.


 Könül xəzan oldu, sənsə solmadın,

Həsrətinə dözə-dözə tükəndim.

Divanəyə niyə sevda olmadın,
 Gözümü dünyaya bağlayanda gəl.


25 iyun 2015
Geri qayıt