Baxışımın göz ünvanı
Sənə doğru ...
Ürəyimin söz ünvanı
Sənə doğru ...
***
Arzular da qanad açdı,
Ümidlər də işıq oldu,
Şəfəq saçdı,
Sənə doğru...
Ürəyimdə nəğmə-nəğmə,
Sətir-sətir,
Cümlə-cümlə,
Sözlərimə inad oldun,
Qanad oldun, qanad oldun ...
Dözüm kimi daşa döndüm.
Asimanın gözlərində,
Yaşa döndüm.
Bu dünyanın hər yerinə
Bulud kimi parçalandım,
Adım-addım
Sənə doğru...
Bu hönkürtü, bu hıçqırtı,
Ürəyimdə bu hayqırtı
Sənə doğru...
Fikirlərim yol yeriyir,
Duyğularım dolam-dolam,
Bu dünyada,
Sənsiz varam...
***
Sənə doğru
Uzanacaq əllərimi
Görməyəcəksən,
Bilməyəcəksən.
Bir addım geridə
Kövrəlib qalan
Divanədir!
O, taleyi viranədir.
Dönməyəcəksən...