Divanə dünyası / Atardın məni

Atardın məni

Sonda öz eşqinə layiq görmədin,
Nədən azadlıqdan qopardın məni?
Gözünə qıymadın, bəs onda niyə,
Yatıb yuxulara apardın məni?

Heç kəsə deməyə sözüm yoxdusa,
Qəlbində atəşim, közüm yoxdusa,
Bu sonsuz eşqimə dözüm yoxdusa,
Ümidsiz, arzusuz atardın məni.

Qəfil, ürəyimə qıydın, nə qıydın,
Deyirdim sən mənə can olmalıydın.
Cavabsız qalardı,hər dəm susardın,
Özgə sevdalara satardın məni.

Divanə gərəksiz olan deyildi,
Nədən gözlərində zərrəyə döndüm?
Bu nə istək idi, bu nə meyl idi?
Axı zirvələrdə tutardın məni.

26 iyul 2015
Geri qayıt